Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinə rəis təyin olunub  
09.12.2023 14:25

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım həkimi Fizuli Abışov Təcili Tibbi Yardım şöbəsinin rəisi təyin olunub.

 

Bu barədə Aztibb.az-a Hospitaldan xəbər verilib.

 

Bildirilib ki, bununla bağlı keçirilən toplantıda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Təcili tibbi yardım şöbəsinin rəisi Fizuli Abışovu yeni təyinatı münasibətilə təbrik edib, təcili tibbi yardım işinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrini bildirib.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva və təcili yardım həkimi Leyla Fətullayeva iştirak ediblər.

 

Qeyd edək ki, Füzuli Abışov 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2020-ci ildən Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya-reanimatologiya ixtisası üzrə təkmilləşdirmə kursları keçib. O, 2008-2021-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssislərində fəaliyyət göstərib.

 

Füzuli həkim İkinci Qarabağ müharibəsi veteranıdır. “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır