Nabil Seyidov “Kardiogen şokla ağırlaşmış kəskin miokard infarktının menecmenti” mövzusunda təqdimatla çıxış edib
09.12.2023 10:46

Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov “Kardiogen şokla ağırlaşmış kəskin miokard infarktının menecmenti” mövzusunda təqdimatla çıxış edib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbirdə tibb müəssisəsinin həkimləri, kardioloqları, rezident-həkimləri, tibb tələbələri iştirak ediblər.

 

Nabil Seyidov çıxışında orqanların həyati təhlükəli hipoperfuziyası və hipoksiyası ilə nəticələnən kardiogen şok, Kardio-KVC reanimasiya şöbələrinə hospitalizasiya səbəbləri, reanimasiyada tələb olunan müdaxilələr və xəstələrin monitorinqi ilə bağlı ehtiyaclar barədə ətraflı məlumat verib. Məruzəçi, həmçinin Hospitalizasiya olunanlar arasında KŞ-un rast gəlmə tezliyi statistikasından danışıb.

 

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalında artıq ənənəvi olan həftəlik və aylıq seminarlar, təlim kursları və kiçik konfranslar mütəmadi olaraq təşkil edilir. Həmin tədbirlərdən həm həkimlər, həm də həkim-rezidentlər, tələbələr və tibb bacı və qardaşları da daim bəhrələnir. Təcrübəli həkimlər tərəfindən keçirilən seminarlarla yanaşı, həkim-rezidentlər də müxtəlif aktual mövzular üzrə təqdimatlarla çıxış edir, maraqlı müzakirələrə qatılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır