2021-ci ildən cari ilin oktyabr ayınadək icbari tibbi sığorta çərçivəsində 32 473 xolesistektomiya əməliyyatı aparılıb - Agentlik
08.12.2023 11:28
Öd daşı xəstəliyinin cərrahi müalicəsi laparoskopik və açıq metodla həkim-ümumi-cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Hər iki üsulla icra edilən əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır.
İcbari Tibbi Sığorta Agentliyindən Aztibb.az-a verilən məlumata görə, 2021-ci ildən cari ilin oktyabr ayınadək icbari tibbi sığorta çərçivəsində 32 473 xolesistektomiya (öd kisəsinin xaric edilməsi) əməliyyatı aparılıb. Onlardan 17 290-nı laparoskopik, 15 183-ü açıq üsulla icra olunub. Öd kisəsinin xaric edilməsi qarın boşluğunda ən çox icra edilən əməliyyatlardan biridir.
Qeyd olunub ki, xəstəliyin xüsusiyyətindən, yanaşı patologiyanın izlənməsindən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşılaraq optimal cərrahi üsul seçilir. Öd daşıxəstəliyinin ağırlaşmış formaları və öd kisəsinin bəzi xəstəlikləri əməliyyat üçün əsas göstərişdir.
Əməliyyatdan əvvəl xəstə aşağıdakı kompleks tibbi müayinədən keçir:
Qaraciyər, öd yolları və mədəaltı vəzinin ultrasəs müayinəsi;
Qanın kliniki və biokimyəvi analizi, qanın laxtalanması;
Elektrokardioqrafiya (EKQ);
Döş qəfəsi orqanlarının flüoroqrafiyası və ya rentgenoqrafiyası;
İnsan immunçatışmazlığı virusu (İİV), sifilis, hepatit B və C infeksiyalarının yoxlanılması.
Tibbi göstəriş olduqda qarın boşluğunun KT və MRT müayinəsi, oral xolesistoqrafiya, xolangioqrafiya kimi rentgenoloji müayinələr də təyin edilə bilər. Bu instrumental müayinələr Xidmətlər Zərfinə daxildir.
Laparoskopik xolesistektomiya orta hesabla təqribən 40 dəqiqə davam edir. Ağırlaşma olmadıqda xəstə növbəti gün evə buraxılır. Əməliyyatdan təqribən 9 gün sonra tikişlər tibb müəssisəsində sökülür.
Sözügedən əməliyyatdan əvvəl aparılan həkim konsultasiyası, laborator və instrumental müayinələr, anesteziya, reanimasiya, stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman/tibbi sərf, qan və qan komponentləri, yatış müddətində qidalanma, 12 yaşa qədər uşaqlarda müşayiət edən şəxsin qidalanması sığorta tərəfindən tam qarşılanır.
Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

