Neftçala Rayon Mərkəzi Xəstəxanasının onkoloqu - Könül Qafarova
16.12.2023 16:59

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında Neftçala Rayon Mərkəzi Xəstəxanasının həkim-onkoloqu Könül Qafarovadan bəhs edəcəyik.

 

O, 1979-cu il mayın 1-də Neftçala şəhərində anadan olub. 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçib.

 

Könül Qafarova 2003-cü il avqustun 1-dən Neftçala RMX-nın Poliklinika şöbəsində həkim-onkoloq, 2003-2012-ci illərdə isə Cərrahiyyə şöbəsində cərrah-assistent kimi fəaliyyət göstərib. Həkim-onkoloq olmaqla yanaşı, 2017-2020-ci il tarixlərində Hemodializ şöbəsində çalışıb. 2020-2021-ci illərdə Hemodializ şöbəsində müdir əvəzləyicisi vəzifəsində işləyib. 2022-ci ildən Neftçala Rayon Mərkəzi Xəstəxanası Sığortanın Təşkili və İnnovasiya şöbəsinin müdiri, həm də həkim-onkoloq kimi fəaliyyət göstərir.

 
O, hər il Milli Onkologiya Mərkəzində ixtisas üzrə kurslar keçir, seminar və konfranslarda iştirak edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır