Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpənin vəziyyəti planlı müayinə və müalicələrdən sonra stabilləşib
08.12.2023 10:33
34-cü hestasiya həftəsində doğulan körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə (RİTŞ) çatdırılıb.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, ətraflı müayinə zamanı körpəyə anadangəlmə pnevmoniya, tənəffüs pozğunluğu sindromu, doğuş zamanı az bədən çəkisinin digər halları, perinatal dövr üçün spesifik olan digər infeksiyası, pulmonar hipertenziya digər dəqiqləşdirilmiş səbəblərlə neonatal sarılıq diaqnozları qoyulub.
 
Körpə uzun müddət süni ventilyasiya dəstəyində olub. Reanimatoloq Tamilla Orucova tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra körpənin vəziyyəti stabilləşib və Vaxtından qabaq doğulmuşların patologiya şöbəsinə köçürülüb.
 
Şöbədə həkim pediatr Leyla Heydərovanın davam edən müalicəsi, tibb bacılarının qulluğu nəticəsində körpənin vəziyyəti yaxşılaşıb və sağalma ilə evə yazılıb.
 
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə təşəkkür edirlər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev