Hərbi xidmətə çağırılanların tibbi müayinələri TƏB-lərdə mərkəzləşmiş qaydada həyata keçirililəcək
08.12.2023 08:11

"Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə TƏBİB-in İcraçı Direktoru Vüqar Qurbanovun müvafiq tapşırığına əsasən qurumun "Əlillik məsələləri üzrə iş şöbəsi"nin müdiri Şöhrət Söyziyev və şöbənin aparıcı məsləhətçisi Bahadır Əhmədovla görüş keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, məqsəd Azərbaycan Respublikası Prezidentinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmana uyğun olaraq çağırışçıların tibbi müayinələrinin TƏB-lərdə mərkəzləşmiş qaydada tam və keyfiyyətli həyata keçirilməsinin təmin edilməsi və vahid mərkəzin müəyyən olunmasıdır.

 

Şəki-Zaqatala TƏB-nə daxil olan tibb müəssisələrinin direktorları Şəki RMX PHŞ-ın direktoru Məcid Əliyev, Zaqatala RMX PHŞ-ın direktoru Tamara Nurəliyeva, Qəbələ RMX PHŞ-ın direktoru Ceyhun Əhmədov, Balakən RMX PHŞ-ın direktoru Dilbər Quliyeva, Oğuz RMX PHŞ-ın direktoru Anar Əzizov, Qax RMX PHŞ-ın direktoru Tərlan Əhmədzadə iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub