Tədris Cərrahiyyə Klinikasında xəstəyə sığorta ilə böyrək köçürülüb  
07.12.2023 18:26

Azərbaycan Tibb Universitetinin (ATU)Tədris Cərrahiyyə Klinikasında uzun illərdir ki, böyrək transplantasiyası əməliyyatları icra olunur.

 

Aztibb.az xəbər verir ki, klinikanın Transplantologiya şöbəsinin müdiri Anar Namazovun sözlərinə görə, bu günlərdə ilk dəfə olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində böyrək transplantasiya əməliyyatı icra edilib. Əməliyyat Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin dəstəyi, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun rəhbərliyi ilə həyata keçirilib.

 

A.Namazov donorun xəstənin bacısı olduğunu bildirib. Böyrək köçürülməzdən öncə 50 yaşlı xəstə bütün müayinələrdən keçirilib, böyrək nəql olunan damarların vəziyyəti, ürək göstəriciləri və s. yoxlanılıb.

 

Qeyd edilib ki, əməliyyat 4 saat çəkib və uğurla başa çatıb. Donor laparoskopik nefrektomiya olunub. Paralel olaraq, digər masada böyrək xəstəyə köçürülüb. Əsas nüans ondan ibarətdir ki, transplantasiya prosesi xəstə dializ almadan icra olunub. Xəstə hazırda özünü normal hiss edir.

 

Əməliyyat briqadasına professor Nuru Bayramov, tibb üzrə fəlsəfə doktoru Anar Namazov, Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov, eləcə də Elvin İsazadə, Elçin Teymurov, anestezioloq Məmməd Abbasov və nefroloq Orxan Quliyev daxil idi.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır