Yardımlının Çanaxbulaq kəndində ailə sağlamlıq mərkəzinin tikintisi planlaşdırılır
07.12.2023 12:24
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və “Yardımlı rayonunda ailə sağlamlıq mərkəzinin tikintisi” layihəsinin benefisiar təşkilat qismində çıxış edən Yardımlı Rayon Mərkəzi Xəstəxanası arasında qrant müqaviləsi imzalanıb.
 
Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, layihədə Yardımlı rayonunun Çanaxbulaq kəndində ailə sağlamlıq mərkəzinin tikintisi planlaşdırılır. Mərkəzin sahəsinin 242 m2 olması, eləcə də tibb müəssisəsində 2 ailə həkim otağı, 1 prosedur otağı, 1 hamilə nəzarəti və reproduktiv sağlamlıq otağı, 1 çoxtəyinatlı teletibb otağı, 1 laboratoriya, 1 pediatr otağı, 1 peyvənd və uşaq gözləmə otağı, 1 diş həkimi otağı, 1 mətbəx və istirahət otağı, 1 qarderob, 1 təsərrüfat otağı, 2 sanitar qovşağının tikilməsi planlaşdırılıb.
 
Layihənin icrası nəticəsində indiyədək ucqar ərazilərdən rayon mərkəzi xəstəxanalarına getmək məcburiyyətində olan pasiyentlər (orta və ağır dərəcəli pasiyentlər istisna olmaqla) yeni tikiləcək ailə sağlamlıq mərkəzində lazımi tibbi yardımı ala biləcəklər. Beləliklə, hədəf bölgəsi olan 15 kəndin əhalisinin tibbi xidmətə əlçatanlığının daha da yaxşılaşdırılmasının təmin edilməsi gözlənilir.
 
Benefisiar təşkilat olan Yardımlı Rayon Mərkəzi Xəstəxanası bölgədə tibb xidmətinin təşkilində mərkəzi rol oynayan və rayon ərazisində yerləşən ilkin tibbi yardım mərkəzlərinin (tibbi məntəqələr, ailə sağlamlıq mərkəzləri) fəaliyyətinə nəzarət edən dövlət tibb müəssisəsidir. Layihə icra olunduqdan sonra mərkəz Yardımlı Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərəcək.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev