ATU beynəlxalq əlaqələrini genişləndirir
07.12.2023 11:11

Azərbaycan Tibb Universiteti (ATU) və Erasmus Universitetinin Tibbi Mərkəzinin (Erasmus MC, Rotterdam, Niderland) nümayəndə heyəti ilə arasında onlayn görüş təşkil olunub.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, görüşdə universitetin rektoru, professor Gəray Gəraybəyli Azərbaycanın ən böyük və qocaman ali təhsil müəssisələrindən olan ATU-nun fəaliyyəti haqqında qonaqlara məlumat verib. O, beynəlxalq əməkdaşlıq layihələrinin universitetin fəaliyyətində mühüm yerlərdən birini tutduğunu, artıq dünyanın bir çox qabaqcıl ali məktəbləri ilə əlaqələr qurulduğunu bildirib. 

 

Görüşdə 30 minə yaxın tələbəsi olan Erasmus Rotterdam Universitetinin tibb mərkəzinin Hollandiyada ən böyük, qabaqcıl akademik mərkəzlərdən biri olduğu vurğulanıb. Ümumilikdə 12 fakültəsi olan universitetdə 1400-dən çox professor və ixtisaslı müəllimlər çalışır.

 

Daha sonra gələcəkdə görülə biləcək işlər üçün ilk addım olaraq, qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalanması irəli sürülüb. 

 

Tədbirdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Erasmus Tibbi Mərkəzinin Eksperimental qastroenterologiya və hepatologiya üzrə professoru, laboratoriya rəhbəri Maikel P.Peppelenbosch, Erasmus Tibbi Mərkəzinin Beynəlxalq əlaqələr və “Erasmus+ & MSCA grants” proqramı üzrə Baş məsləhətçisi, tibb üzrə fəlsəfə doktoru Raoul Tan, Erasmus Universitetinin Tibbi Mərkəzinin Transplantasiya İnstitutunun elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov iştirak ediblər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır