Bakıda Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib
05.12.2023 14:52

Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş VI Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib.

 

Bu barədə Aztibb.az-a Milli Onkologiya Mərkəzindən xəbər verilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub.

 

Beynəlxalq Uroonkologiya Simpoziumunu giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktor müavini, tibb elmləri doktoru Fuad Quliyev tədbir iştirakçılarına MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarını çatdırıb və mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Almaniya, Qırğızıstan, Özbəkistan və Gürcüstandan uroonkoloji xəstəliklər üzrə aparıcı mütəxəssislərin də iştirak etdiyi qeyd olunub.

 

YAP Veteranlar Şurasının üzvü, Azərbaycanın Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Sudeyf İmamverdiyev Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü işlərdən, ölkəmizi çətin vəziyyətlərdən çıxarmaq üçün apardığı mübarizə və atdığı müdrik addımlardan danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən bəhs edib. S.İmamverdiyev Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə dinamik inkişafa nail olunduğunu, o cümlədən səhiyyə sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

 

Sonra beynəlxalq simpozium elmi hissə ilə davam edib.

 

Tədbirdə professor İlker Tinay (Türkiyə), professor Axel Haydenrax (Almaniya), professor David Nikoleişvili (Gürcüstan), tibb elmləri namizədi İlya Tsimafeyeu (ABŞ) kimi dünyaşöhrətli mütəxəssislərin, həmçinin yerli və əcnəbi uroonkoloqların “3D laparoskopik prostatektomiya”, “Laparoskopik prostatektomiya: məsləhətlər və fəndlər”, “Laparoskopik qismən nefrektomiya: Nəticələri necə optimallaşdırmaq olar?”, “Özbəkistanda robot cərrahiyyəsinin ilk təcrübəsi”, “Sidik kisəsi xərçəngi üçün limfadenektomiya. Hələ də aktualdır?”, “ICG təlimatları ilə pelvik limfadenektomiya”, “Radikal sistektomiya: Bu gün haradayıq?”, “Sidik kisəsi xərçənginin 3-modality müalicəsi”, “Medikal onkoloqun sidik kisəsi xərçənginə baxışı”, “UUT üçün endoskopik cərrahiyyədə innovativ texnologiyalar”, “Kistik böyrək lezyonlarında böyrək transplantasiyasının rolu”, “Böyrək xərçəngi üçün yeni proqnostik nomoqramma”, “Sitoreduktiv nefrektomiya: Kimə? Nə vaxt? Niyə?”, “Böyrək xərçəngi üçün immunoterapiya imkanları”, “Thulium lazerlə prostatın anatomik enukleasiyası”, “BipoLEP vs HoLEP”, “Thulium lazer: Reallıq və gözləntilər”, “Prostat əməliyyatından sonra uretranın daralması riski” və “Göstərişlər üçün inoperativ ultrasəs” mövzularında məruzələri dinlənilib.

 

Simpoziumda məruzələr üzrə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, geniş təcrübə mübadiləsi aparılıb, elmi–tədqiqat işlərinin təqdimatının əhəmiyyəti vurğulanıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır