Qida Təhlükəsizliyi İnstitutunun Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb
05.12.2023 13:32

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb.

 

Bu məlumat Aztibb.az-a AQTİ-dən verilib.

 

Bildirilib ki, institut qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafının təmin edilməsi, tələbata uyğun olaraq yeni laboratoriyaların açılması, ixtisaslı kadrların işə cəlb edilməsi və sahibkarlıq subyektlərinin qida məhsullarının müayinələrini daha operativ aparmasına şəraitin yaradılması istiqamətində fəaliyyətini davam etdirilir.

 

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) fəaliyyətə başlayıb. Gəncə şəhərində yerləşən GRSL bölgədə qida təhlükəsizliyi istiqamətində laboratoriyanın fəaliyyətinə zərurətin yaranması, müvafiq müayinələrin aparılmasına tələbatın olması, eləcə də bölgənin qida sənayesi, kənd təsərrüfatı və iqtisadi potensialı nəzərə alınaraq yaradılıb.

 

Laboratoriya ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir. Müasir tələblərə cavab verən maddi-texniki bazaya və yüksək ixtisaslı işçi heyətə malik GRSL-də ölkədə istehsal edilən, eləcə də idxal və ixrac olunan qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinələri həyata keçirilir. Müayinələr respublikamızda qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartlarda qeyd edilən keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun aparılır. Müayinələr İSO, NMKL, AOAC beynəlxalq metodlardan istifadə olunmaqla həyata keçirilir. Eyni zamanda keyfiyyətə nəzarət məqsədilə standart referens materiallardan istifadə olunaraq müayinə nəticələrinin doğruluğu və dəqiqliyi yoxlanılır.

 

Qeyd edək ki, bu vaxtadək respublikamızın qərb bölgəsində bitki və heyvan sağlamlığı istiqamətləri üzrə yaradılmış Göygöl və Tovuz Regional Sınaq laboratoriyları fəaliyyət göstərirdi. GRSL-in yaradılması ilə bu regionda həm də ölkədən ixrac olunan və respublikaya gətirilən qida məhsullarının nümunələrinin analizlərinin aparılması və nəticələrin təqdim edilməsi prosesi təşkil olunub.

 

Hazırda AQTİ-nin Bakıda və regionlarda ümumilikdə 17 laboratoriyası var. Laboratoriyalar qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də kompleks tədqiqatlar istiqamətlərində fəaliyyət göstərir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır