Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloquna tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib
04.12.2023 17:12

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Elmi terapevtik qastroenterolofiya şöbəsinin qastroenteroloqu Turan Kərimovaya tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Aztibb.az-ın xəbərinə görə, onun dissertasiya işi "Xroniki qəbizliyə görə yerinə yetirilən subtotal kolektomiyadan sonra homeostazın bir sıra göstəricilərinin dinamikası və onların həyat keyfiyyətinə təsiri" mövzusuna həsr olunub.

Elmi işdə subtotal kolektomiyanın (SKE) törətdiyi funksional və homeostaz dəyişikliklərin xarakteri və tezliyi, bağırsaqdaxili mikrofloranın tərkibi, invaziya səviyyəsinin anastomozun növündən asılılığı təsdiq edilib və həmin dəyişikliklər postkolektomik sindrom kimi təsvir edilərək onun ağırlıq dərəcəsi təsnif edilib.

Tədqiqatlar zamanı xroniki qəbizliyin dekompensasiya studiyasında SKE-nin aparılmasının məqsədə uyğunluğu təsdiq edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev