Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün patronaj xidmətinə nəzarət gücləndirilir
04.12.2023 16:18
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Göygöl Rayon Mərkəzi Xəstəxanasında Tibbi şura iclası keçirilib.
 
Bu barədə Xəstəxanadan Aztibb.az-a bildirilib.
 
Tədbirdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, direktor müavini, baş həkim Vüsalə Qələndərova, direktorun inzibati işlər üzrə müavini Fazil Verdiyev, İlkin Səhiyyə Xidmətlərinin (İSX) şöbə müdiri Nailə Şəmilova, hüquqşünas Sadir Atakişiyev eləcə də Göygöl RMX-nın tabeliyində olan kənd tibb məntəqələrinin məntəqə müdirləri və tibb işçiləri iştirak ediblər.
 
İclası giriş sözü ilə Göygöl RMX-nin direktoru Vasif Əliyev açaraq Tibbi şuranın gündəliyinə daxil edilmiş TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 4 noyabr 2023-cü il tarixli əmrinə əsasən azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün patronaj xidmətinə nəzarətin gücləndirilməsi haqqında məlumat verib.
 
Sonda Göygöl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən kənd tibb məntəqələrində əhaliyə göstərilən tibbi xidmətlərin yaxşılaşdırılması və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır