Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın iclası keçirilib
05.12.2023 08:25
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın iclası keçirilib.
 
İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, müəssisənin direktoru, prof. Sədaqət Hüseynovanın sədrliyi ilə keçirilən iclasda, institutun elmi katibi, baş həkim, elmi şuranın üzvləri və elmi işçilər iştirak ediblər.
 
Öncə prof. Sədaqət Hüseynova iclasın gündəliyinə uyğun olaraq institutun elmi istiqamətlərini, cari ildə elmi işçilərin hazırladıqları mövzuların iş planının əsas müddəalarının müzakirə olunacağını şura üzvlərinə bildirib.
 
Sonra Artrologiya bölməsinin rəhbəri S.Kərimovanın "Naftalan neftinin yeni preparatlarının osteoartrozlu xəstələrin müalicəsində tətbiqi", Naftalanla müalicə bölməsinin rəhbəri N.Nəbiyevin "Azərbaycanda müalicəvi palçıqların və naftalan neftinin təsir mexanizmlərinin öyrənilməsi və müxtəlif xəstəliklərdə yeni müalicə üsullarının işlənib hazırlanması" adlı mövzuların planlarının müzakirəsi və təsdiqi olub.
 
Daha sonra institutun vakant elmi işçisi vəzifəsini tutmaq üçün iddiaçı N.Həsənzadənin kiçik elmi işçi vəzifəsinə qəbulu üçün müsabiqə keçirilib. Gizli səsvermədən sonra nəticə təsdiq edilib.
 
Yekunda gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər səsləndirilib, qərarlar qəbul edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır