İki günlük körpənin qarın nahiyəsində olan kistik törəmə çıxarılıb - Sumqayıt Tibb Mərkəzi  
04.12.2023 12:16
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə Quba Rayon Mərkəzi Xəstəxanasından təxliyə olunan yenidoğulmuş körpə əməliyyat olunub.
 
STM-dən Aztibb.az-a bildirilib ki, əməliyyat zamanı iki günlük körpənin qarın nahiyəsində olan 10x15 santimetrlik ölçüdə olan kistik törəmə tam şəkildə çıxarılıb. Törəmənin yumurtalıqdan qaynaqlandığı izlənib.
 
Cərrahi əməliyyat uzman cərrah Araz Hüseynovun rəhbərliyi, anestezioloq-reanimatoloq Yelmar Süleymanovun iştirakı ilə icra edilib.
 
Əməliyyat uğurla başa çatıb və yenidoğulmuş iki gün sonra evə yazılıb.
Qeyd edək ki, Perinatal Mərkəzdə neonatal cərrahiyyə inkişaf etdirilir və son bir ayda 13 əməliyyat həyata keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır