AMEA müxbir üzvü Nuru Bayramov İnönü Universitetinin fəxri doktoru seçilib
04.12.2023 12:08

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA müxbir üzvü, professor Nuru Bayramov İnönü Universitetinin fəxri doktoru seçilib.

 

Aztibb.az xəbər verir ki, prof. Nuru Bayramova fəxri doktor diplomunu İnönü Universitetində bu ali təhsil ocağının rektoru, prof. Ahmet Kızılay təqdim edib.

 

Rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti ilə İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu arasında əlaqələr iki qardaş ölkə arasındakı əməkdaşlığın ən müsbət örnəklərdən biri hesab oluna bilər.

 

Qurumlar arasındakı əlaqələrin 2010-cu ildən başlandığını qeyd edən prof. A.Kızılay Qaraciyər Nəqli İnstitutunun direktoru, prof. Sezayi Yılmazın komandasının Nuru Bayramovla Azərbaycanda qaraciyər transplantasiyası həyata keçirməyə başladığını vurğulayıb. O, 2012-ci ildə İnönü Universitetinin sabiq rektoru, prof. Cəmil Çiçək ilə akademik Əhliman Əmiraslanov arasında müqavilə bağlandığını xatırladıb, 2018-ci ildə Bakıya gələrək ATU-nun rektoru, prof. Gəray Gəraybəyli ilə görüşdüyünü, müqavilələrin yeniləndiyini və  əlaqələrin inkişafı üçün imkanların daha da genişləndiyini diqqətə çatdırıb.

 

Professor Nuru Bayramov çıxışında ona göstərilən dərin ehtirama görə universitet kollektivinə təşəkkürünü bildirib. O, hazırda İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu ilə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq elmi və praktik əməkdaşlığın da təqdirəlayiq formada davam etdiyini qeyd edib. Nuru Bayramov prof. Sezayi Yılmazın və özünün həmsədrliyi ilə 2015-ci ildən başlayaraq hər il fevral-mart aylarında Bakı-Malatya Transplantasiya Günləri adlı beynəlxalq konfransların keçirildiyini bildirib.  

 

Qeyd edilib ki, Qaraciyər Nəqli İnstitutu və Azərbaycan Tibb Universitetində qaraciyər transplantasiyası üzrə mikroelementlər, mikro-RNA-lar, histonlar və transplantasiyadan sonra reproduktiv funksiya mövzularını əhatə edən 4 doktorluq dissertasiyası tamamlanmış və ya tamamlanmaq üzrədir.

 

Nuru Bayramov hər il Qaraciyər Nəqli İnstitutunda qaraciyər transplantasiyası üzrə beynəlxalq tədris kurslarının keçirildiyini, kurslarda gənc transplantaoloqlara, o cümlədən tibb bacılarına transplantasiya üzrə nəzəri və praktik tədris verildiyini diqqətə çatdırıb. Həmçinin bu kursların birində eyni gündə 5 canlı qaraciyər transplantasiyası yerinə yetirildiyini və bu hadisənin Ginnesin Rekordlar Kitabına düşdüyünü xatırladıb. Bildirib ki, bu kurslarda Azərbaycan Tibb Universitetinin bir neçə əməkdaşı da iştirak edib.

 

Azərbaycanlı alim əlavə edib ki, indiyədək ölkəmizdən olan 15 nəfərdən çox həkim və tibb bacısı Qaraciyər Nəqli İnstitutunda 1-12  ay müddətində ixtisasartırma kursu keçmişdir. Hər həftənin 1-ci günü Malatya, Kaliforniya və Bakıdan olan cərrahlar, transplantoloqlar, radioloqlar, invaziv radioloqlar, radioterapevtlər, onkoterapevtlər, patoloqlar  və rezidentlərin iştirakı ilə “Qaraciyər Törəmələri” Konqresi keçirilir.

 

Professor Nuru Bayramovun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin 90 illiyinə həsr olunmuş konfransda, Əziz Əliyevin yubileyində, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda İnönü Universitetinin əməkdaşları fəal iştirak edərək, maraqlı çıxışlar etmişlər. 2022-ci ildə Qaraciyər Nəqli İnstitutunun direktoru, professor Sezayi Yılmaz Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən “Qonaq professor” fəxri adına layiq görülmüşdür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib
Xroniki xəstəlik nədir?
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ