ATU əməkdaşı “Avropada ictimai səhiyyə üzrə liderlik kursu”na qatılıb  
04.12.2023 11:00

Ümumdünya Səhiyyə Təşkilatının “Avropada İctimai səhiyyə üzrə 2-ci Liderlik kursu” keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının baş müəllimi Aygün Babayeva kurslarda iştirak edib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, bu ilki kurs ÜST-ün Avropa üzrə Regional idarəsi və Bordo Universiteti, xüsusilə də onun İctimai səhiyyə məktəbi (ISPED) tərəfindən, rəqəmsal ictimai səhiyyə üzrə magistratura proqramına əsasən, Fransa Milli Sağlamlıq və Tibbi Tədqiqat İnstitutunun (Inserm) "Bordo əhalinin sağlamlığı üzrə tədqiqatlar mərkəzi" və Maastrixt Universitetinin Tibbi qulluq və ictimai səhiyyə tədqiqatları institutu (CAPHRI) ilə əməkdaşlıqda təşkil olunub.

 

Bu təşəbbüs ÜST-ASPHER peşəkarlıq üzrə yol xəritəsinə uyğundur. Yol xəritəsində getdikcə artmaqda olan ictimai sağlamlıq ehtiyaclarına cavab olaraq, sahələrarası və fənlərarası yanaşmalar vasitəsilə səriştənin təkmilləşdirilməsinin ictimai səhiyyə sahəsində kadrların effektiv şəkildə idarə olunması üçün əhəmiyyəti vurğulanır.

 

Kurs hibrid tədris formatında keçirilib. Belə ki, birinci həftə onlayn formatda 13-17 noyabrda baş tutub. İkinci həftənin modulları canlı şəkildə, noyabrın 20-dən 24-dək Bordo Universitetinin auditoriyalarında keçirilib və mühazirələr, təlim sessiyaları, seminarlar, qrup müzakirələrindən ibarət olub.

 

İctimai səhiyyə sahəsində liderlik üzrə konsepsiyalar; İctimai səhiyyə sahəsində rəqəmsal innovasiyalar; Qida sistemləri və dayanıqlıq; Sağlam yaşlanma və qeyri-infeksion xəstəliklər; Effektiv ünsiyyət: təsirinizi və iştirakınızı artırın; İctimai səhiyyə ilə bağlı fövqəladə hallar; Təsirli liderlik: İş yerində psixi sağlamlıq və digər maraqlı mövzular kursun proqramına daxil edilib.

 

Kursda müvəffəqiyyətlə iştirak edərək 3 qiymətləndirmə və yekun imtahandan uğurla keçən əməkdaşımıza sertifikat təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub