Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib
03.12.2023 12:23
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” - Reabilitasiya Məntəqəsi istifadəyə verilib.
 
Aztibb.az bu barədə Agentliyin feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Məntəqədə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçirilir.
 
Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir.
 
Həmçinin 3 dekabr - Beynəlxalq Əlliliyi olan Şəxslər Günü ilə əlaqədar “RehaPoint”-də “Açıq qapı” günləri keçirilir. 3 dekabr tarixinə qədər nəzərdə tutulan “Açıq qapı” günlərində Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və müharibədən zərər çəkmiş vətəndaşlar üçün sosial-psixoloji xidmətlər göstərilir.
 
Tədbir çərçivəsində uşaq və böyüklər üçün ilkin psixoloq və loqoped konsultasiya və müayinəsi, ailələrin maarifləndirilməsi həyata keçirilir.
“RehaPoint” - Reabilitasiya Məntəqəsi infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır