ATU əməkdaşı Türkiyədə beynəlxalq konqresdə iştirak edib
03.12.2023 10:21

Türkiyənin ən böyük konqresləri sırasında yer alan İzmir Diş Həkimləri Cəmiyyətinin XXX Beynəlxalq Elmi Konqresi və Sərgisi  keçirilib. Minə yaxın diş həkiminin iştirakı ilə məşhur Tepekule Konqres Mərkəzində keçirilən tədbir çərçivəsində 40-a yaxın konfrans və çoxlu sayda poster-məruzələr baş tutub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, müxtəlif ölkələrdən, o cümlədən Avstriya, İtaliya, Bolqarıstan, Serbiya və Omandan dəvət olunmuş elm adamları stomatologiyanın bütün sahələrini əhatə edən elmi və texnoloji yenilikləri konqres iştirakçılarının nəzərinə çatdırıblar. Bundan başqa, elmi axtarışlarla məşğul olan gənc araşdırmaçıların elmi mübadiləsinə kömək məqsədi ilə posterlər təşkil olunub. Alimlərin müxtəlıf mövzularda hazırladıqları kurslarda iştirakçılar öz biliklərini yeniləyərək, müasir elmi məlumatlar əldə ediblər. Parodontologiya, implantologiya, estetik stomatologiya, ortopedik stomatologiya və lazerlə müalicəni əhatə edən cərrahiyyə əməliyyatlarının canlı nümayişi maraqla qarşılanıb.

 

Konqresin sərgi salonunda 50-ə yaxın dental firmanın uyğun qiymətlərə məhsulları təqdim olunurdu ki, diş həkimləri bu imkandan həvəslə yararlanıblar.

 

Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Stomatoloji Assosiasiyasının üzvü, ATU-nun Uşaq stomatologiyası kafedrasının assistenti, t.ü.f.d. Sevinc Nağıyeva və onun kuratorluğu altında rezidentura pilləsində təhsil alan Sona Məmmədova da yer alıblar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır