Travmatoloq-ortoped Cavid Musazadə - Həkimlərimizi tanıyaq!
09.12.2023 17:08
“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına travmatoloq-ortoped Cavid Musazadəni təqdim edirik.
O, 1982-ci ildə anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Bakı Şəhər Onkoloji Dispanserdə internatura, 2006-2008-ci illərdə Rusya Federasiyası Moskva şəhərində Sklifasovski adına Elmi-Tədqiqat Təcili Yardım Xəstəxanasında Travmatologiya və Ortopediya ixtisası üzrə ordinatura keçib.
Cavid Musazadə 2009-cu ildə Respublika Klinik Xəstəxanasında həkim travmatoloq-ortoped işləyib. 2011-ci ildə Türkiyyə Cümhuriyyəti Ankara şəhərində “Yıldırım Beyazit adına Eyitim və Araşdırma Hastanesin”də onurğa əməliyyatları, travmatoloji və ortopedik xəstəliklərin cərrahi müalicəsi üzrə uzun müddət kurs keçib. Mirqasımov adına Respublika Klinik Xəstəxnasında Travmatologiya və ortopediya şöbəsinin müdiri vəzifəsində çalışıb. Abşeron Rayon Mərkəzi Xəstəxanasında Neyrotravma şöbəsinin müdiri və travmatoloq-ortoped olaraq fəaliyyətini davam etdirib. Hal-hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi vəzifəsində çalışır.
Həkim 2011-ci ildə Türkiyədə 2019- cu ildə Almanya və Rusyada müxtəlif konfranslarda iştirak edib. Təkmilləşmə və bilik təcrübə mübadiləsi məqsədilə o, beynəlxalq və yerli konfrans və kurslarda iştirakını davam etdirir.
Qeyd edək ki, Cavid Musazadə II Qarabağ müharibəsi zamanı Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadasının tərkibində ilk gündən son günə kimi Füzuli və Naftalan Rayon Mərkəzi Xəstəxanalarında yaralılara tibbi yardım göstərib və yüzdən çox cərrahi əməliyyat edib.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

