5 saatlıq əməliyyatla xəstəyə süni qida borusu qoyulub  
30.11.2023 10:44

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına qida borusunun orta 1/3-də bədxassəli şiş aşkar edilmiş xəstə müraciət edib.

 

Klinikadan Aztibb.az-a verilən xəbərə görə, xəstə professor Fariz Camalovun rəhbərliyi ilə əməliyyat olunub. Uğurla başa çatan əməliyyat zamanı xəstənin qida borusu döş qəfəsi daxilində aorta və traxeyadan ayrıldıqdan sonra mədədə süni qida borusu yaradılıb.

 

Professor F.Camalovun bildirdiyinə görə, xəstədə qida borusu boyun nahiyəsindən, yəni 6-7-ci fəqərə səviyyəsində kəsilib və xaric edilib. Əvəzinə isə süni düzəldilmiş qida borusu qoyulub: “5 saata yaxın çəkən əməliyyatdan sonra xəstə özünü normal hiss edir. Amma həkimlərin nəzarəti altındadır ki, əməliyyatdan sonra onda fistul, anastomoz çatışmazlığı və digər fəsadlar baş verməsin. Bizim tətbiq etdiyimiz üsulda (Oringer) süni qida borusu öndən boyun əzələlərinə, arxadan boyun fəqərələrinin ön fasiyasına fiksə edilir ki, bu da əməliyyatdan sonra anastomoz çatmamazlığı baş verərsə, bu zaman mediastinit kimi ağır fəsadın qarşısını tam alır”.

 

F.Camalov ölkəmizdə bu əməliyyat üsulunu 27 ildir tətbiq etdiklərini və bu müddət ərzində 120-dən yuxarı xəstə üzərində əməliyyat həyata keçirdiklərini qeyd edib. Bildirib ki, onların arasında əməliyyatdan sonra 18 il yaşayanlar olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır