Qəzzadakı Şifa Xəstəxanasının Dializ şöbəsi yenidən xəstələri qəbul etməyə başlayıb
30.11.2023 10:28

İsrail ordusunun mühasirə, basqın və hücumlarına hədəf olan Qəzza zolağında Şifa xəstəxanasının Dializ şöbəsi iki həftə sonra yenidən açılıb və ilk mərhələdə burada 50 böyrək xəstəsi müalicə olunub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, 67 yaşlı fələstinli böyrək xəstəsi Əbdülhəkim əl-Medhun Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsinin sakini olduğunu və 15 gündən sonra ilk dəfə Şifa xəstəxanasında dializdən keçdiyini bildirib.

 

Medhun, əvvəllər həftədə üç dəfə dializdən keçdiyini, lakin Qəzza zolağına hücumların başlaması ilə seansların sayının və seans başına saatların azaldığını söyləyib.

 

Şifa Xəstəxanası Böyrək Xəstəlikləri və Transplantasiya şöbəsinin müdiri Qazi əl-Yazıcı Qəzza zolağında 200 böyrək xəstəsi olduğunu və xəstəxanadakı dializ şöbəsinin yenidən fəaliyyətə başlamasından sonra 50 pasiyentin dializ seanslarına başladığını deyib.

 

Qazi əl-Yazıcı xəstəxananın əsas generatoru işə salmaq üçün lazım olan yanacaq çatışmazlığı, su, tibbi ləvazimat və lazımi dərman çatışmazlığı səbəbindən böyük çətinliklərlə üzləşdiyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır