9 yaşlı uşaq Respublika Uşaq Klinik Xəstəxanasında uğurla əməliyyat olunub
29.11.2023 15:31
2014-cü il təvəllüdlü uşaq ailəsi tərəfindən hər iki qasıq nahiyəsində olan şişkinlik və ağrı səbəbilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasına gətirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, o, uzman həkim-uşaq cərrahı Anar Cəfərov tərəfindən müayinə edilib və xəstəyə ikitərəfli çəp qasıq yırtığı diaqnozu qoyulub. Pasiyentdə laparoskopik qasıq yırtığı bərpası əməliyyatı icra olunub.
 
Anar Cəfərovun sözlərinə görə, qasıq yırtığı çox zaman qasıq bölgəsində şişkinlik ilə ortaya çıxan cərrahi bir xəstəlikdir. Oğlanlarda qızlara nisbətən 3-10 dəfə çox görülür. Sağ qasıq nahiyəsində sola nəzərən daha çox rast gəlinir. 10 % hallarda hər iki qasıq nahiyəsində də ola bilir. Erkən doğulan uşaqlarda vaxtında doğulan uşaqlara nisbətən daha çox rast gəlinir.
 
A.Cəfərov uşaqlarda qapalı (laparoskopik) qasıq yırtığı əməliyyatının faydalarından bəhs edib:
“Laparoskopik qasıq yırtığı əməliyyatı açıq əməliyyatla müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, qasıqda kəsiklər edilmədiyi üçün yara izi olmur. Qasıq nahiyəsində açıq əməliyyatda olduğu kimi dəri, dərialtı toxuma və inguinal kanal təbəqəsi kəsilmir. Bu səbəbdən də xəstənin hiss edəcəyi ağrı açıq əməliyyatdan daha az olur".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır