Respublika QİÇS-lə Mübarizə Mərkəzi Xızıda orta məktəbdə maarifləndirmə aksiyası keçirib
30.11.2023 09:00

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq üçün Xızı rayonu Şurabad qəsəbə tam orta məktəbində maarifləndirmə aksiyası təşkil edilib.

 

Bu barədə Aztibb.az-a RQMM-dan xəbər verilib.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə təcrübəli həkimlər İİV/QİÇS-lə bağlı mühazirələr oxuyub, xəstəliyin yoluxma yolları, müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər.

 

Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb, onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər