"Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” adlı beynəlxalq elmi konqres başa çatıb
29.11.2023 15:15

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan "Florence Nightingale" Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konqresi “Neonatologiyada və pediatriyada yeniliklər” mövzsunda işini davam etdirib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbirin rəsmi açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Aynur Poluxova, BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Töhfə Cəmilova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov çıxış ediblər.

 

Konqresin “Neonatologiya üzrə son məlumatlar” adlı I panelində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov, Türkiyə Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasını professoru Merih Çetinkaya, Sağlık Bilimleri Universitetinin professoru İlke Mungan Akın, Mərkəzi Klinikanın Pediatriya və Neonatologiya şöbəsinin müdiri Sevda Əsədova, “Neonatal reanimasiyada mübahisəli və həssas məqamlar” adlı II paneldə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi Vüsal Cəfərov, Ankara Universiteti Tibb fakültəsinin professoru Ömer Erdeve, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya şöbəsinin mütəxəssisi Aynur Bağırova və “Pediatriyada təcili və təxirəsalınmaz hallar adlı III paneldə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos. İsmayıl Əfəndiyev, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Nigar Hacıyeva, Mərkəzi Klinikanın pediatrı Sevda Mustafayeva təqdimatlarla çıxış ediblər.

 

Həmçinin, 27 noyabr 2023-cü il tarixində konqres iştirakçıları üçün Kolposkopiya kursu keçirilib. Kursda Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d. Jennifer Byrom “Kolposkopiya nəzəriyyədə nələri bilməliyik?" və Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d. Fidan İsrafil-Bəyli “Praktik vərdişlər” mövzularında master-klass nümayiş etdiriblər.

 

Qeyd edək ki, tədbir çərçivəsində “Müasir mama-ginekologiyanin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans 7 DTT, 28 noyabr tarixində keçirilmiş “Neonatologiya və pediatriyada yeniliklər” mövzusunda beynəlxalq elmi konfrans isə 8 DTT ilə qiymətləndirilib.

 

Konqres çərçivəsində Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilmiş "Doğum zalında neonatal reanimasiya" və "Kolposkopiya" kursu 5 DTT balına layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır