Pirallahıda qanvermə aksiyası: 600-dən çox sakin qan verib
29.11.2023 14:59

Pirallahı Tibb Mərkəzinin təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyəti və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

 

Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, aksiya rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, o cümlədən rayon ictimaiyyətinin yüksək fəallığı ilə müşahidə olunub.

 

Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və millət vəkili Rauf Əliyev aksiyada iştirak ediblər.


RİH başçısı iştirak edənlərə müraciətlə bildirib ki, qan vermək insan sağlamlığına xidmət edən amillərdən biridir və verilən qan 2 ay müddətinə orqanizmdə bərpa olunur.

 

Məlumat üçün qeyd edək ki, qanvermədən öncə bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutub. Aksiyada 600-dən çox rayon sakini iştirak edib.


Sonrakı mərhələdə toplanan qan komponentləri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır