"Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda tədbir öz işini davam etdirir
29.11.2023 09:16

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda keçirilən beynəlxalq elmi konqres öz işini davam etdirir.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbir noyabrın 28-də “Neonatologiyada və pediatriyada yeniliklər” mövzsunda təşkil olunub.

 

Tədbirin rəsmi açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Aynur Poluxova, BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Töhfə Cəmilova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov çıxış ediblər.

 

Tibb xidməti general-mayoru Ceyhun Məmmədov bildirib ki, pediatriya mövzusunda konqresimizin də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilməsi heç də təsadüfi deyil. Bu böyük şəxsiyyətin müstəqil Azərbaycanın inkişaf və tərəqqisində, bütün sahələrdə, o cümlədən səhiyyədə qazanılmış nailiyyətlərdə böyük əməyi və əvəzsiz rolu olmuşdur. Hazırda Ümummilli Liderin bu sahədəki siyasətini möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirirlər.

 

Ceyhun Məmmədov qeyd edib ki, beynəlxalq elmi konqres ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına yönəlmiş səylərə dəstək vermək məqsədi daşıyır. O, qeyd edib ki, konqresin ikinci günü yenidoğulmuşların və uşaqların sağlamlığına həsr olunub. C.Məmmədov öz çıxışında həmçinin, pediatriya və neonatologiya üçün aktuallıq daşıyan bəzi mövzular ətrafında məlumat verib.

 

Konqresdə “Neonatologiya üzrə son məlumatlar” adlı I paneldə t.e.d. Rəşad Mahmudov, Türkiyə Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasını professoru Merih Çetinkaya, Sağlık Bilimleri Universitetinin professoru İlke Mungan Akın, Mərkəzi Klinikanın Pediatriya və Neonatologiya şöbəsinin müdiri Sevda Əsədova çıxış ediblər.

 

“Neonatal reanimasiyada mübahisəli və həssas məqamlar” adlı II paneldə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi Vüsal Cəfərov, Ankara Universiteti Tibb fakültəsinin professoru Ömer Erdeve, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya şöbəsinin mütəxəssisi Aynur Bağırova məruzələrini təqdim edəcəklər.

 

 “Pediatriyada təcili və təxirəsalınmaz hallar" adlı III paneldə isə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos. İsmayıl Əfəndiyev, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Nigar Hacıyeva, Mərkəzi Klinikanın pediatrı Sevda Mustafayeva çıxış edəcəklər.

 

Panellərin işi yekunlaşandan sonra konqres iştirakçıları üçün Kolposkopiya kursu keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır