Seminar: "Prostat vəzin hiperplaziyası: müasir yanaşma və müalicə taktikası”  
28.11.2023 15:28

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında “Prostat vəzin hiperplaziyası: müasir yanaşma və müalicə taktikası” mövzusunda seminar təşkil olunub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, seminarda Endourologiya şöbəsinin həkim-uroloqu Nehmət Beygiyev məruzəçi kimi çıxış edib.

 

Tibb heyəti tərəfindən böyük maraqla qarşılanan seminar zamanı mövzu ətrafında interaktiv müzakirə aparılıb. Klinikada fəaliyyət göstərən professor və aparıcı mütəxəssislər də öz təcrübələrini bölüşüblər.

 

Qeyd edək ki, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında mütamadi olaraq həkimlərin, xüsusilə də gənc kadrların və klinikada fəaliyyət göstərən rezidentlərin maarifləndirilməsi üçün urologiyanın aktual problemlərinə həsr edilən seminar və dəyirmi masalar təşkil olunur. Məqsəd həkimlərin praktika ilə yanaşı, nəzəri biliklərini daha da möhkəmləndirməkdən ibarətdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev