Xəstədə baş beyin şişi uğurla əməliyyat olunub  
28.11.2023 14:45

ATU-nun Nevrologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərovun daha bir əməliyyatı uğurla nəticələnib. 

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, klinikaya baş ağrıları, qıcolma tutmaları şikayəti ilə müraciət edən pasiyentin mikroskopik müayinəsi aparılıb və ona təpə nahiyəsinin ekstraserebral şişi diaqnozu qoyulub. Xəstənin baş beyin şişi əməliyyat olunub. 

 

Cərrahın sözlərinə görə, şiş hərəkət zonasına nisbətən yaxın olduğundan, müəyyən mənada riskli əməliyyat sayılır. Lakin buna baxmayaraq, ətraf beyin toxumasına zərər vurmadan şiş total şəkildə xaric edilib, heç bir nevroloji problem yaranmayıb. Ortalama 2 saatdan çox çəkən əməliyyatdan sonra xəstədə özünü büruzə verən baş ağrıları, qıcolma əlamətləri aradan qalxıb. Eyni zamanda, əməliyyat damarlarla zəngin zonada aparıldığına görə beyin qanaması riski də ola bilərdi. Lakin əməliyyatın gedişində belə bir təhlükə yaranmayıb və əlavə qan köçürülməsinə ehtiyac qalmayıb. Əməliyyatdan sonra hərəkət defisiti də baş verməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır