Revmatoloji xəstəliklərdə laborator diaqnostika mühüm rol oynayır  
28.11.2023 11:25

ATU-nun Tədris Terapevtik Klinikası Rezidentura və Magistratura şöbəsi ilə birgə növbəti seminar keçirib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, tədbirdə şöbənin müdir müavini, assistent Namiq Xəlilov məruzəçini təqdim edərək, bugünkü seminarın revmatoloji xəstəliklərə həsr olunduğunu bildirib. Bundan sonra revmatologiya üzrə II kurs həkim-rezident Ədhəm Ağamaliyev "Revmatoloji xəstəliklərdə laborator diaqnostika" mövzusunda çıxış edib.

 

Məruzəçi bildirib ki, revmatoloji xəstəliklər autoimmun və iltihabi xəstəliklər olduğuna görə, laborator diaqnostika burada vacib rol oynayır. O əsas revmatoloji xəstəliklərdə qanın ümumi analizi, kəskin faza reaktantları, biokimyəvi, immunoloji və mikrobioloji müayinələrin təhlili haqqında geniş məlumat verib. Məruzədə revmatoloji xəstəliklərdə görülən anemiyaların differensial diaqnostikasından, eləcə də leykositar və trombositar pozulmalardan, kəskin faza reaktantların iltihabı və autoimmun xəstəliklərdə patofiziologiyasından bəhs olunub. 

 

Sonda iştirakçılara revmatoloji məntiqə dair suallar verilib və düzgün cavablandıranlar mükafatlandırılıb.

 

Tədbirdə III Daxili xəstəliklər kafedrasının professoru Fərhad Talıbov, klinikanın baş həkimi Fəridə Hacıyeva, t.ü.f.d Gülşən Ələkbərova, Arzu Bağırova və revmatologiya üzrə təhsil alan rezidentlər və tələbələr iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev