ATU-nun uşaq cərrahları Rusiyada forumda iştirak ediblər
27.11.2023 17:27

Moskvada görkəmli uşaq cərrahı, akademik Yuri Fyodoroviç İsakovun 100 illik yubileyinə həsr olunmuş Rusiya Uşaq Cərrahlarının IX Forumu keçirilib. Uşaq cərrahiyyəsi üzrə ən böyük tədbir hesab edilən bu forum keçmiş sovet respublikalarından mütəxəssisləri bir yerə toplayan əlamətdar hadisə idi. Forumda uşaq cərrahiyyəsi xəstəxanaları, elmi-tədqiqat tibb mərkəzlərinin cərrahiyyə şöbələri, eləcə də Rusiya və keçmiş ittifaq ölkələrindəki universitetlərin uşaq cərrahiyyəsi kafedralarının həkimləri iştirak edirdi.

 

Tədbirə Rusiya Uşaq Cərrahları Assosiasiyasının üzvləri, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahlığı kafedrasının müdiri, professor Ramiz Poluxov və kafedranın assistenti Namiq Xəlilov da qatılıblar.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, forumun açılışında əvvəlcə S.Ternovski adına mükafatın təqdimatı olub. Sonra akademik Y.F.İsakovun 100 illiyindən bəhs edən film nümayiş olunub və professor A.Razumovski akademikin həyat və fəaliyyəti ilə bağlı çıxış edib. Üç gün davam edən forum çərçivəsində ATU-nun əməkdaşları forumun işçi qrupunun iclaslarında, həmçinin Rusiya Uşaq Cərrahlarının Assosiasiyasının Elmi Şurasında və dəyirmi masada iştirak ediblər.

 

Uşaq cərrahiyyəsinin aktual problemləri önə çəkilən bu forumda ənənəvi olaraq  “Mən bunu necə edə bilərəm?” mövzusunda videosessiya, eyni zamanda dəyirmi masa, master-klass və simpoziumlar keçirilib.

 

Forumun sonunda gənc alimlər üçün müsabiqənin laureatlarına mükafatlar verilib və V.Derjavin adına növbəti mükafatın təqdimetmə mərasimi baş tutub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub