Professor Uğur Şahin xərçəng peyvəndi üçün tarix verdi
27.11.2023 15:37

Almaniyanın BioNTech biotexnologiya şirkətinin həmtəsisçisi və baş direktoru, prof. Uğur Şahin ilk mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözlədiklərini söyləyib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, U.Şahin, həmçinin 2025-2029-cu illərdə digər terapevtik yanaşmalar üçün sınaq məlumatlarını planlaşdırdıqlarını deyib.

 

Məqsədlərinin hər bir xəstəyə xas xərçəng peyvəndi hazırlamaq olduğunu vurğulayan Şahin bildirib ki, bunun üçün hər bir xəstənin xərçəng xüsusiyyətlərini təhlil edir və immun sisteminin mümkün qədər çox şiş hüceyrəsini tanıyıb məhv etməsinə imkan verəcəklərini seçirik.

 

Digər bir ümid qaynağının antikor-dərman konjuqatları (ADC) olduğuna diqqət çəkən professor qeyd edib ki, ADC-lər kimyaterapiya daşıyan anticisimlərdir: "Onlar qanda dolaşır, şişə çatır və oradakı kimyaterapiyanı hədəflənmiş şəkildə buraxırlar. Bu müalicənin əhəmiyyətli bir hissəsi şişi çox tez kiçildə bilməsidir. Əminəm ki, bir neçə il ərzində bir xərçəng müalicəsində klassik kimyaterapiya əvəzinə məqsədyönlü kimyaterapiya kimi daha çox ADC istifadə olunacaq." 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır