Respublika QİÇS-lə Mübarizə Mərkəzində BDU-nun Biologiya fakültəsinin tələbələri üçün tanışlıq turu təşkil edilib
28.11.2023 09:04
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri ilə görüş keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, RQMM-in direktoru Famil Məmmədov Mərkəzdə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) aşkarlanması, Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) müalicəsi istiqamətində görülən işlərdən, eləcə də burada qanunvericiliyin tələblərinə uyğun müayinə və müalicənin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Mərkəzin lazımi avadanlıqlarla təchiz olunmuş şöbələri, müasir tələblərə uyğun laboratoriyası mövcuddur.
 
Görüşdə RQMM-in Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyevin “Azərbaycanda İİV infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri” mövzusunda təqdimatı maraqla dinlənilib. RQMM-in direktor müavini Günəş Cəfərova İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktika ilə bağlı suallara aydınlıq gətirib.
 
Tələbələr Mərkəzin laboratoriyasındakı müayinə prosesi ilə yaxından tanış olublar.
 
Sonda RQMM-in əməkdaşları tərəfindən hazırlanmış “Metodik tövsiyələr” tələbələrə təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub