"Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konqres keçirilir
27.11.2023 14:45
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konqres öz işinə başlayıb.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Gömrük Hospitalının birgə təşkilatçılığı, Hospitalın rəsmi tərəfdaşı olan "Florence Nightingale" Xəstəxanalar Qrupunun, eləcə də “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
 
Konqresin rəsmi açılış hissəsi başlamazdan öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir iştirakçıları daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin xatirələrini yad edib, onların məzarları üzərinə gül dəstələri qoyublar.
 
Beynəlxalq konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov və Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova çıxış edərək konqresin işinə uğurlar arzulayıblar.
 
Tibb xidməti general-mayoru Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafında əvəzsiz rolu olduğunu vurğulayıb. Qeyd edib ki, dahi lider ana və uşaq sağlamlığı ilə bağlı məsələlərə də xüsusi diqqət yetirmiş, bu sahə daim onun nəzarəti və qayğısı altında olmuşdur.
 
C.Məmmədov tədbirin maraqlı panel müzakirələri, səmərəli dialoq və ən əsası faydalı nəticələrlə yadda qalacağına inamını ifadə edib.
 
Rəsmi açılış hissəsindən sonra əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib.
 
"Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konqresin “Müasir mama-ginekologiyanın aktual problemləri” başlığı altında keçirilən I paneli “Servikal skrininq və kolposkopiya: Yerli və beynəlxalq təcrübə”, II paneli “Uroginekologiyaya müasir baxış” və III paneli “Menopauzanın idarəedilməsi: Yerli və beynəlxalq təcrübə” mövzularına həsr olunub.
 
Panel iclaslarındə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinləniləcək.
 
I paneldə Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Sədi Allahverdiyev “Uşaqlıq boynu lokalizasiyalı miomalara cərrahi yanaşma”, II paneldə Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov “Qadınlarda sidik saxlamamanın müalicəsi. Azərbaycanda mövcud tendensiyalar”, III paneldə Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramova “Genitourinar menopauza sindromu: müasir müalicə üsulları (estetik prosedurlar və lazer) mövzusunda təqdimatlarla çıxış edəcəklər. 
 
Bunadan başqa, konqres çərçivəsində “Doğum zalında neonatal reanimasiya” kursu keçiriləcək. Kursda Sağlamlıq Elmləri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkaya “Doğum zalında neonatal reanimasiya-nələrə diqqət etməliyik?” və Ankara Universiteti Tibb fakültəsinin professoru, Neonatologiya Cəmiyyətinin üzvü Ömer Erdeve “Praktik vərdişlər” mövzularında master-klass nümayiş etdirəcəklər.
 
Konqres işini noyabrın 28-də “Neonatologiya və pediatriyada yeniliklər” adlı panel iclasla davam etdirəcək.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır