Teymur Musayev Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
27.11.2023 13:43

Azərbaycan Səhiyyə Nazirliyində Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb. Teymur Musayev bu günlərdə Bakıda keçirilən SPECA Sammiti çərçivəsində Azərbaycan və Tacikistan prezidentləri arasında görüşün keçirildiyini xatırladıb. Nazir belə səfərlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli olacağını bildirib.

 

Teymur Musayev Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu deyib. Qeyd edib ki, ölkələrimizin tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.

 

Öz növbəsində İlxom Abduraxmon Tacikistanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Tacikistan və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir”.

 

Görüşdə, həmçinin səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb kadrlarının hazırlanması, tibb universitetləri və milli səhiyyə institutları arasında təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev