İsrail tərəfindən saxlanılan 10 həkimdən xəbər yoxdur
27.11.2023 14:21

Qəzza zolağında Şifa xəstəxanası və İndoneziya xəstəxanasını zorla təxliyə edərkən İsrail hərbçiləri tərəfindən saxlanılan 10 həkimdən günlərdir xəbər yoxdur.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Fələstinin Cəsur Ürəkli Həkimlərinin instaqram hesabından edilən açıqlamada İsrail qüvvələrinin 18-23 noyabr tarixləri arasında Qəzza zolağında Şifa xəstəxanası və İndoneziya xəstəxanasını zorla boşaltdığı xatırladılıb.

 

İsrail qüvvələrinin eyni tarixlərdə Qəzzanın cənubuna doğru "təhlükəsiz yol"da Şifa Xəstəxanası və İndoneziya Xəstəxanasında çalışan həkimləri nəzarətə götürdüyü ifadə edilən açıqlamada nəzarətə alınan 10 həkimin adı yer alıb.

 

Şifa Xəstəxanasından direktor Məhəmməd Ebu Silmiyye ilə yanaşı, İndoneziya Xəstəxanasından Münir əl-Şahrit, Yusuf Berekat, Salih Alviye, Ekrem Ebu Avde, İyad Abid, Muhammed Ebu Ayta, Ekrem Hüseyin və Muhammed Ebu el-Cebin saxlanıldığı bildirilib. Saxlanılanlar arasında diş həkimi Mumin Ebu Hudayrın da olduğu paylaşılıb.

 

Səhiyyə Nazirliyinin Qəzza zolağı üzrə sözçüsü Əşrəf əl-Qudra noyabrın 25-də verdiyi açıqlamasında qeyd edib ki, bölgədəki sağlamlıq mərkəzlərindən biri olan İndoneziya xəstəxanası İsrail ordusunun intensiv bombardman və basqınlarına məruz qalıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır