Ürəyi sağda döyünən gənc “süni ürəyi” ilə həyatına davam edir
27.11.2023 11:48

İnfarkt keçirdikdən sonra daxili orqanlarının yanlış tərəfdə olduğunu öyrənən 29 yaşlı Mert Kahraman, quraşdırılan süni ürək cihazı ilə ömrünü avam etdirir və daha sağlam həyat üçün orqan nəqli gözləyir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, döş qəfəsinin sağ nahiyəsindəki ağrılar səbəbilə müraciət etdiyi xəstəxanada ürəyi də daxil olmaqla bütün orqanlarının qarşı tərəfdə olduğunu öyrənən 29 yaşlı Mert Kahraman, süni ürək implantı ilə orqan bağışlanmasını gözləyir. 

 

Kahraman dünyada on mində bir görülən, bütün orqanların bədənin əvəzinə əks tərəfdə güzgü görüntüsü kimi yerləşdiyi nadir xəstəliklə doğulub və buna tibbdə "situs inversus totalis" deyilir.

 

Ürəyi sağ tərəfdə olduğu üçün 9 saat sonra infarkt keçirdiyi aşkarlanan Kahraman, müalicə üçün Koşuyolu Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib.

 

Buradakı həkimlər ürək transplantasiyasına ehtiyacı olan Kahramana uyğun donor tapılana qədər ürəkdən qan çıxarmaq vəzifəsini üzərinə götürən "süni ürək" cihazının (ventriküler köməkçi cihaz) quraşdırılmasına qərar veriblər.

 

Cərrahi yolla süni ürək aparatı quraşdırılan gənc xəstə "əsl ürəyinə" sahib olacağı günü gözləyir.

 

Ürək damar cərrahiyyəsi mütəxəssisi Hakan Hançer Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasında bu diaqnozu olan bir xəstəyə ilk dəfə süni ürək cihazı əməliyyatı etdiklərini açıqlayıb. O, çətin olsa da xəstə üçün anatomik olaraq uyğun ürək donoru tapıldığında nəqlinin həyata keçiriləcəyini bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub