48 tibb müəssisəsində peyvənd otaqları təkmilləşdirilib - Bakı Baş Səhiyyə Mərkəzi
27.11.2023 11:26

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan və uşaqlara tibbi xidmət göstərən 48 tibb müəssisəsində vaksinlərin düzgün qaydada saxlanılması üçün yeni avadanlıqlar alınaraq “soyuq zəncir” sistemi tam qurulub.

 

Bakı Baş Səhiyyə Mərkəzindən Aztibb.az-a bildirilib ki, bu avadanlıqlarla işləmək üçün mütəxəssislər xüsusi təlimlərə cəlb olunublar.

 

Bakı üzrə uşaqlara tibbi xidmət göstərən bütün tibb müəssisələrində peyvəndlərin və digər peyvənd materiallarının tələblərə uyğun qorunub saxlanılması tam təmin olunub.

 

Peyvəndlərin saxlanıldığı yerlərdə havalandırma sistemi, temperatura nəzarət üçün termometr mövcuddur və peyvəndlərin vurulması xüsusi ixtisaslı tibb bacıları tərəfindən icra olunur.

 

Bundan əlavə, yoluxucu xəstəliklərə qarşı tibbi xidmətin yaxşılaşdırılması məqsədilə sözügedən müəssisələrdə komissiyalar yaradılıb. Bu komissiyalar peyvəndə əks-göstəriş hallarının təhlilini aparır, peyvəndlərin aylıq planlanmasına və həyata keçirilməsinə nəzarət edir.

 

Qeyd edək ki, peyvəndlər uşaqları infeksion xəstəliklərdən qoruyan yeganə vasitədir. Onlar xüsusi texnologiya ilə hazırlanır və xəstəliklərə qarşı orqanizmdə immunitet yaradır.

 

Azərbaycana gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev