Sumqayıtda “Mərhəmətli olmağa tələsin!” devizi altında keçirilən xeyriyyə aksiyası başa çatıb
27.11.2023 10:30
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin “Mərhəmətli olmağa tələsin!” devizi altında keçirdiyi növbəti xeyriyyə aksiyası başa çatıb.
 
Bu məlumat Aztibb.az-a Sumqayıt Tibb Mərkəzindən (STM) verilib.
 
Aksiyanın dəstəkçilərindən biri olan STM kollektivi tərəfindən alınan qış geyimləri İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı tərəfindən təqdim olunub.
 
Cəmiyyətin Sumqayıt şəhər bölməsinin müdiri Mətanət Məhərrəmova STM-nin direktoru Səkinə Sadıxovanı xeyriyyə aksiyasında fəal iştirakına görə təşəkkürnamə ilə təltif edib. Sözügedən mükafat Ramil Zeynallıya təqdim olunub.
 
Qeyd edək ki, aksiyanın məqsədi hər iki valideynini itirmiş, tək ananın və Vətən müharibəsində canını fəda etmiş şəhid və qazi ailələrinin övladlarını mövsümi qış geyimləri ilə təmin etməkdən ibarət olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır