Bakı, Gəncə və Lənkəran şəhərlərində “İlk yardım” mövzusunda təlimlər təşkil edilib
27.11.2023 09:23
TƏBİB-in Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Məktəblinin dostu” layihəsinin yeni işə qəbul olunan heyəti üçün “İlk yardım” mövzusunda təlim təşkil edilib. Yüz nəfərin iştirak etdiyi təlim Bakı, Gəncə və Lənkəran şəhərlərində keçirilib.
 
Aztibb.az bu barədə TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Təlimin keçirilməsində məqsəd iş yerində baş verə biləcək sağlamlıqla bağlı arzuolunmaz hallar zamanı zərərçəkmiş və ya zədələnmiş şəxsə beynəlxalq protokollara uyğun formada ilkin yardım bacarıqlarını öyrətməkdir.
 
Təlimin ərzində iştirakçılar standartlara uyğun yüksək keyfiyyətdə ağciyər-ürək canlandırılmasını (CPR), huşu, tənəffüsü və ya nəbzi olmayan xəstə/yaralıya təməl həyat dəstəyi addımlarını öyrənəcəklər.
 
Həmçinin travma almış şəxslərə ilk yardım göstərmək və onların təhlükəsiz təxliyəsini təşkil etmək, hava yolu tıxanması yaşayan xəstə/yaralıya uyğun texnikaları istifadə edərək yardım, qanaxmalar zamanı qanı saxlamaq və sarğı qoymaq, həşarat sancması və ilan dişləməsi zamanı ilkin yardım göstərmək, qida və ya dərman zəhərlənməsi zamanı ilkin müdaxilə, ilk yardım zamanı şəxsi gigiyena və fərdi təhlükəsizlik qaydaları və s. bacarıqları əldə edəcəklər.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır