Oğul anasına qaraciyərindən pay verdi
26.11.2023 15:06

Səbəbi bilinməyən qaraciyər sirrozundan əziyyət çəkən xəstə oğlunun bağışladığı qaraciyərin sağ payı ilə yenidən həyata bağlandı.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov sosial şəbəkədə məlumat paylaşıb.
 
Məlumatda deyilir: Həyatda qalmaq üçün tək şansı qaraciyər köçürülməsi olan xəstəmiz sirrozun yaratdığı ağırlaşmalarla bizə gəldiyində (portal venada ciddi xroniki tromboz əlamətləri) oğlu heç düşünmədən donor olacağını dedi. Bütün hazırlıqlardan sonra hər ikisi əməliyyata alındı.
 
Hər ikisinin əməliyyatı normal keçdi. Oğlu anasını palatada ziyarət edən zaman bağışladığı qaraciyər parçasının normal çalışdığını öyrəndikdə çox sevindi.
Əməliyyatdan 6 gün sonra donoru evə göndərdik. Xəstəmizin də ümumi vəziyyəti tam normaldır.Yaxın günlərdə onu da evə göndərməyi planlayırıq".
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır