Şirvan Ürək Mərkəzində 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib
26.11.2023 10:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının (ŞMX) nəzdində fəaliyyət göstərən Şirvan Ürək Mərkəzində 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib.

 

Bu barədə Aztibb.az-a Şirvan RMX-dan məlumat verilib.

 

Əməliyyatı invaziv-kardioloq Nicat İbrahimov həyata keçirib. O, “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində dövlət tibb müəssisələrində işə cəlb olunan xarici ölkədə çalışmış həkimlərdəndir.

 

Qeyd edək ki, Şirvan Regional Ürək Mərkəzi 2023-cü ilin oktyabrından fəaliyyətə başlayıb. Müasir avadanlıqlar, dərman və dərman vasitələri ilə təchiz olunan Mərkəz 6 rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xəstələrə xidmət göstərir.

Şirvan Ürək Mərkəzində vətəndaşlara təqdim olunan xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır