III Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi işə başlayıb
25.11.2023 16:19

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzi və “Azərbaycan Hematologiya Mütəxəssisləri” İctimai Birliyinin təşkilati dəstəyi ilə Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan III Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin və ölkəmizin aidiyyəti səhiyyə qurumlarının rəsmi şəxsləri, həmçinin Türkiyə Respublikası Türk Kızılay Cəmiyyətinin nümayəndələri iştirak edirlər.

 

Konqresdə çıxış edənlər Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, eyni zamanda savadlı və peşəkar həkim kadrlarının hazırlanması olub.

 

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyədə də Ulu Öndərin sosialyönümlü siyasət strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini vurğulayan natiqlər əhaliyə göstərilən hematoloji və transfuzioloji yardımın təkmilləşdirilməsi də daim dövlətimizin diqqət mərkəzində olduğunu qeyd ediblər.

 

Beynəlxalq konqres öz işini panel sessiyalarla davam etdirib.

 

Simpozium çərçivəsində “Kəskin mieloblast leykemiyalarının müalicəsində yeniliklər”, “Xronik limfoleykoz, müalicə müddəti və yeni preparatlar”, “Tromboz, diaqnostika və müalicədə incəliklər” və digər mövzularda 18 elmi sessiya keçiriləcək. Həmçinin, “Morfologiya və sitogenetika”, “İmmunohematoloji Testlər” və “Tibb bacılığı” mövzularında 3 nəzəri-praktik kurs da təşkil olunacaq.

 

Konfransda Azərbaycanda ilk dəfə SOHO İtaliya Hematoloji Cəmiyyətinin, Türk Hematoloji Dərnəyinin (THD), Avrasiya Hematologiya Onkologiya Qrupunun (EHOG) müştərək sessiyalar təşkil ediləcək.

 

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə I Beynəlxalq Qan bankı və Transfuzion Tibbi Simpoziumu keçiriləcək.

 

III Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi öz işini noyabrın 25-də başa vuracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır