DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının nümayəndələri Bakı Beynəlxalq Ginekoloji Konfransında iştirak ediblər
24.11.2023 17:34
23-25 noyabr 2023-cü il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Beynəlxalq Ginekoloji Konfransı keçirilib.
 
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, 3 gün davam edən “Minimal və endo-vizual ginekologiya” və “Sərhədsiz ginekologiya – VII konfrans” beynəlxalq elmi-praktik konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının mama-ginokoloqu Sədi Allahverdiyev iştirak ediblər.
 
Rəşad Mahmudov tədbirin rəsmi açılış hissəsində çıxış edib. Mərkəzi Gömrük Hospitalının mama-ginokoloqu Sədi Allahverdiyev konfransda "PAS spektrumla hamilələrin aparılması - Azərbaycan həmkarlarımızın təcrübəsi" mövzusunda məruzəsini təqdim edib.
 
Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.
 
Konfransın birinci günündə canlı cərrahiyyə ilə başlanan “MİPS BAKI - III Praktik Kurs”unda laparoskopik sakropeksiya əməliyyatı birbaşa akt zalına canlı bağlantı ilə həyata keçirilib. Tədbir zamanı kurslarda mütəxəssislər ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxışlar ediblər.
 
Qeyd edək ki, yerli və xarici professorların, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi beynəlxalq konfrans və MİPS kursları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 27 DTT balı ilə qiymətləndirilib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır