Fizioterapevt Akif Sadıxov - "Həkimlərimizi tanıyaq!" rubrikası
02.12.2023 17:09
Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Akif Sadıxov Göyçay Rayon Mərkəzi Xəstəxanasının fizioterapevtidir.
 
O, 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1989-cu ildə Respublika Kliniki Xəstəxanasında internatura keçib.◇
 
Akif Sadıxov 1990-cı ildə Xaçmaz RMX-nın nəznindəki tibb məntəqəsində, 1991-ci ildə Bakı şəhəri "Azərbaycan-Texniki Əsr" kiçik müəssisəsində həkim-terapevt, 1993-cü ildə Bakı şəhəri Müdafiə Nazirliyinin Hərbi Dəniz Hospitalının hiperbarik oksiqenasiya kabinetinin rəisi, 1994-cü ildə Bakı şəhər DİN-nin Daxili Qoşunların hospitalının Reabilitasiya şöbəsinin həkim-ordinatoru, 1998-ci ildə Bakı şəhəri DİN-nin Daxili Qoşunların Tədris Mərkəzinin tibb xidmətinin rəisi vəzifələrində işləyib.  O, 2023- cü ildən Göyçay RMX-nın Fizioterapiya və tibbi bərpa şöbəsində həkim-fizioterapevt kimi fəaliyyət göstərir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub