Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurası ilə birgə iclası keçirilib
24.11.2023 12:00

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurası ilə birgə iclası keçirilib.

 

Aztibb.az-a AMEA-dan verilən məlumata görə, iclasda bu yaxınlarda vəfat etmiş aqrar elm sahəsində tanınmış alim, AMEA Lənkəran Regional Elmi Mərkəzinin (LREM) keçmiş direktoru, professor Fərman Quliyevin xatirəsi yad edilib.

 

Elmi şuranın və problem şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova professor Fərman Quliyevin elmi fəaliyyəti haqqında danışıb, xatirəsinin unudulmayacağını deyib. O, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevin LREM-ə yeni direktor təyin edildiyini bildirib.

 

Sonra akademik İradə Hüseynova toplantı iştirakçılarına 29 noyabr 2023-cü il tarixində AMEA-nın Ümumi Yığıncağının keçiriləcəyi barədə məlumat verib. Natiq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi haqqında” 3 noyabr 2023-cü il tarixli Fərmanının əhəmiyyətinə bir daha diqqət çəkib.

Daha sonra iclasda 2023-cü ildə elmi müəssisələrin (AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, ETN Genetik Ehtiyatlar İnstitutu, AR ETN Mikrobiologiya İnstitutu, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu) doktorantura və dissertanturalarına qəbul olunanların dissertasiya mövzularının müzakirəsi aparılıb.

 

Müzakirələrdə AMEA Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının, RETƏŞ-in Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının üzvləri, o cümlədən AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Pənah Muradov, Novruz Quliyev, aqrar elmləri doktoru Mustafa Mustafayev, eləcə də biologiya elmləri doktorları Aydın Əsgərov, Şakir Qasımov, Dilzarə Ağayeva və başqaları iştirak ediblər.

 

Yeni qəbul olan doktorant və dissertantlar, onların elmi rəhbərləri mövzularla bağlı qoyulan sualları cavablandırıblar. Ümumilikdə 15, o cümlədən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulla bağlı 12, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı 3 mövzuya baxılıb, bəzi mövzuların adında düzəlişlər edilməklə onların hamısı təsdiq edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır