Bakı SOS Uşaq kəndinin iki sakini Mərkəzi Gömrük Hospitalında uğurla əməliyyat olunub
23.11.2023 12:10
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Bakı şəhərində yerləşən SOS Uşaq kəndinin iki sakini əməkdaşlıq memorandumu çərçivəsində uğurla əməliyyat olunub.
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, Hospitalda Bakı SOS Uşaq kəndinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, otorinolarinqoloq Elvin Əzizov, Bakı SOS Uşaq kəndinin direktoru Fuad Ələkbərov, həkim Anjela Əliyeva, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkimi Bəxtiyar Musayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası arasında cari ildə imzalanan əməkdaşlıq memorandumu çərçivəsində Mərkəzi Gömrük Hospitalının Bakı SOS Uşaq kəndində keçirdiyi növbəti aksiya zamanı səhhətlərində problem aşkarlanan iki uşaq otolorinqoloq Elvin Əzizov tərəfindən uğurla əməliyyat olunub. Dr.Bəxtiyar Musayev qeyd edib ki, bu cür aksiyalar davamlı olaraq həyata keçiriləcək və uşaqların sağlamlığı diqqət mərkəzində olacaq.
SOS Uşaq Kəndəlinin Bakı filialının direktoru Fuad Ələkbərov “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının adından Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədova və uşaqlara tibbi xidmət göstərən personala minnətdarlığını bildirib.
Tədbirin sonunda Fuad Ələkbərov “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının adından Mərkəzi Gömrük Hospitalına təşəkkürnamə təqdim edib.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

