İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrində optik şəbəkə infrastrukturu yaradılır
23.11.2023 09:48
Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində optik şəbəkə infrastrukturunun yaradılması prosesi yekunlaşmaq üzrədir.
 
Davamlı və sürətli data mübadiləsinin aparılması üçün TƏBİB tabeliyində fəaliyyət göstərən və Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində müasir elektron tələblərə cavab verən yeni infrastruktur qurulur. Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində bu ilin əvvəlindən başlanılan optik xətlərin çəkilməsi prosesinin il sonuna kimi yekunlaşması planlaşdırılır.
 
Bu barədə Aztibb.az-a Bakı Baş Səhiyyə Mərkəzindən xəbər verilib.
 
Bildirilib ki, bugünədək Mərkəzin tabeliyində fəaliyyət göstərən 86 tibb müəssisəsində yeni optik xətlərin çəkilməsi prosesi tam bitib və ilin sonunadək daha 11 tibb müəssisəsində prosesin həyata keçirilməsi nəzərdə tutulur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən bu prosesin sonunda tabeli tibb müəssisələri TƏBİB və Agentliyin vahid bazası ilə davamlı data mübadiləsi, müəssisələrarası şəbəkə əlaqəsi və kəsintisiz internetlə tam təmin ediləcək.
 
Proses yalnız optik xətlərin çəkilməsi ilə yekunlaşmır, sonrakı mərhələdə müəssisələrin daxili şəbəkə infrastrukturu da tam yenidən qurulacaq və bu da öz növbəsində həm müəssisələrin əməkdaşlarının, həm də vətəndaşların işlərini xeyli asanlaşdıracaq.
 
Qeyd edək ki, yeni infrastruktur qurulan hər bir tibb müəssisəsində personalın qeydiyyatına nəzarət edən “Face-control” (üz tanıma) sisteminin tətbiqinə başlanılıb.
 
Optik xətlərin çəkilməsinin digər üstün cəhətlərindən biri də asan idarəetmənin həyata keçirilməsidir. Belə ki, bütün tibb müəssisələrində optik infrastruktur qurulduqdan sonra məlumat təhlükəsizliyinin qorunması məqsədilə onların elektron sistemlərə giriş-çıxışına və eləcə də data məlumatlara nəzarətin həyata keçirilməsinə etibarlı imkan yaradılacaq.
 
Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu tədbirlər imkan verir ki, ilkin səhiyyə xidmətlərinin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və vətəndaş məmnunluğu təmin edilsin.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır