Yeni Klinikada TƏBİB Akademiyası fəaliyyətə başlayıb
23.11.2023 08:51

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində TƏBİB Akademiyası fəaliyyətə başlayıb.

 

Bu barədə Aztibb.a-a Klinikadan xəbər verilib.


Klinika əməkdaşlarının (xüsusən tibbi personalın) peşə hazırlıqlarının inkişaf etdirilməsi və müəssisənin ixtisaslı kadrlara təlabatının təmin edilməsi məqsədi ilə yaradılan Akademiyada əsasən elmi-praktik konfranslar, simpozium, seminar və təlimlər təşkil edilir.

 

Akademiyada, həmçinin orta ixtisaslı müxtəlif kateqoriyadan olan əməkdaşların peşə hazırlıqlarının artırılması istiqamətində də təlimlər həyata keçirilir.

 

Burada rezidentlərin ixtisaslarına uyğun ilkin iş təcrübəsi əldə etmələri məqsədilə şərtlər və qaydalara uyğun olaraq onların nəzəri bilik və peşə vərdişlərinə yiyələnməsi təmin edilir.

 

Qeyd edək ki, TƏBİB Akademiyasında klinika əməkdaşları tərəfindən xidməti istifadə olunması məqsədi ilə kitabxana (o cümlədən elektron kitabxana) yaratmaq nəzərdə tutulur.

 

Bundan başqa, Akademiyada digər müəssisə, idarə və təşkilatlarla bağlanmış müqaviləyə əsasən ilkin tibbi yardımla bağlı təlimlərin keçirilməsi və müvafiq sertifikatla təmini planlaşdırılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub