ATU-da kollokviumlar davam edir  
22.11.2023 14:17

“Azərbaycan Tibb Universitetində noyabrın 4-dən etibarən kollokviumlara start verilib. Əslində kollokvium başlamasını noyabrın 7-ə planlaşdırmışdıq. Amma Nazirlər Kabinetinin müvafiq qərarı ilə istirahət və iş günlərində edilmiş dəyişikliklə əlaqədar olaraq, bəzi kurslarda noyabrın 4-də, bəzilərində isə noyabrın 7-də başlamalı olduq”.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat verən ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov artıq 1-ci və 2-ci kurslarda kollokviumun noyabrın 16-18-də bitdiyini bildirib. O, kollokviumların səhər saat 8-dən axşam saat 6-dək keçirildiyini və bəzi kurslarda noyabrın 24-dək başa çatacağını qeyd edib. Hansı kurslarda imtahanların sayı 9-a yaxındırsa, kollokvium gələn həftə ərzində də davam edəcək, noyabrın 29-da yekunlaşacaq: “Əvvəlki illərdən fərqli olaraq,  kollokvium zamanı bu il heç bir sıxlıq müşahidə olunmur. 1-2-ci kurs tələbələri hər sual 2 bal olmaqla 23, digər kurslarımızda isə tələbələr hər sual 2 bal olmaqla 15 sualı cavablandırır. Kollokviumların nəticəsi 30 bal davamiyyət, 10 bal isə sərbəst iş olur”.

 

Dosent K.Yaqubov imtahan prosesi zamanı tələbələr tərəfindən kütləvi qayda pozuntularına yol verilmədiyini də qeyd edib. Onun sözlərinə görə, nəzarətçilər bir-iki tələbədə telefon aşkarlayıb, məsələ sənədləşdirilərək imtahanın nəticələri sıfırlanıb: “Universitetimizdə tədrisin keyfiyyətinin artırılması həmişə prioritet məsələ olub. Bu istiqamətdə hər il çoxsaylı qərarlar qəbul edilir. Hazırda isə testlərin tərtibi məsələsi gündəlikdədir. Çox güman ki, universitet rəhbərliyi tərəfindən növbəti semestrlərdə bununla bağlı müvafiq addımlar atılacaq”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib